Reklam verin!
HostGator
 

AZADLİQ

( azadliq ve hemise azadliq )

       
 

Blog Haqqında

azerbaycanda ateist fikirlere ,azad heyat terzi qurmaq isteyen genclere qarsi hormetsizlik edenlere qarsı yaradılmış blog

Axtarış

Bölmələr

Arxivlər

Keçidlər

Dost bloglar

Sorğu

bugunki gencliyin veziyyeti necedir?


Açar sözlər

Sayqaç

  • İndi blogda: 2
  • Keçən ayın hiti: 376
  • Dünənki hit: 10
  • Bugünki hit: 10
  • Ümumi hit: 4248

Müxtəlif

 

BİZ AZADIQ!?

Bu gün cəmiyyətimizdə kifayət qədər öz şəxsi seçimləriylə , azad fikirləriylə yaşayan gənclər var.Amma bu gənclərə qarşı cəmiyyətdə neqativ bir münasibət var. Fikirlərimi öz üzərimdə əsaslandıracam. Mən islam və digər mövcud dinlərə inanmıram ,allahın varlığı və yoxluğu sualı da məni bir  o qədər maraqlandırmır. Bu suala rasional bir cavab tapılacağına da inanmıram. Aqnostikəm. Mən bütün dinlərə və dinlərə inananlara hörmət edirəm və onların heç də səhv olduqlarını sübüt etmək istəmirəm.

Bu gün cəmiyyətimizdə kifayət qədər öz şəxsi seçimləriylə , azad fikirləriylə yaşayan gənclər var.Amma bu gənclərə qarşı cəmiyyətdə neqativ bir münasibət var. Fikirlərimi öz üzərimdə əsaslandıracam. Mən islam və digər mövcud dinlərə inanmıram ,allahın varlığı və yoxluğu sualı da məni bir  o qədər maraqlandırmır. Bu suala rasional bir cavab tapılacağına da inanmıram. Aqnostikəm. Mən bütün dinlərə və dinlərə inananlara hörmət edirəm və onların heç də səhv olduqlarını sübüt etmək istəmirəm.Amma bir məsələ bu gün məni narahat edir.niyə yaşadığımız cəmiyyətdə insanlar onlardan  olmadığımıza görə bizə pis baxır , kafir adlandırır , allahdan bizə hidayət deyə sözlər istifadə edirlər.11-ci sinif insan və cəmiyyət dərsliyində vicdan azadlığı mövzusunda deyilir.Vicdan azadlığı insanın düşünmək və öz əqidəsinə uyğun olaraq davranmaq hüququdur. O bir-birilə üzvi surətdə bağlı olan aşağıdakı struktur ünsürləri özündə ifadə edir:1)hər hansı bir dinə etiqad etmək;2)dini ibadət etmək;3)dinini dəyişdirmək;4)heç bir dinə etiqad etməmək və s.Vicdan azadlığı insanın dinə olan münasibətini sərbəst şəkildə , kənardan heç bir təsir olmadan bildirmək hüququdur.Belə fikirləşirəm ki ,şəxsi əqidə, inanc məsələsi insanın şəxsi işidir.Daxili istəyiylə baş verməlidir.Insan öz həyat tərzini azad,həm də ağılla seçməlidir. Insan həyatını özü üçün yaşamalıdır, başqaları üçün yox.Mənə maraqlı deyil hansı din düzdür hansı səhv.və ya həqiqətən də dünyada ilahi bir qüvvə var və bizi idarə edir.Mən azad olmaq istəyirəm. Öz azad həyat tərzimi qurmaq istəyirəm. Atam-babam,yaşadığım cəmiyyət müsəlmandı mən də müsəlman olmalıyam və ya onlar belə edib mən də belə etməliyəm fikriylə razılaşmıram.Çünki mən kiminsə yox öz həyatımı yaşamalıyam.Hər bir insanın seçim imkanı var və onların seçimlərinə hörmətlə yanaşılmalıdır. Bu gün  mənim ətrafımda əsl müsəlman(etnik yox)-yəni öz seçimiylə islama inanan insanlar var.və mən onları qəbul eliyirəm.çünki onlar öz istəklərinə ,şəxsi seçimlərinə əsaslanıblar,öz azad həyat tərzlərini islamda görüblər.Bu misal tək islama aid deyil, yəni mən sintoizmi, xristianlığı seçən insanlar da görmüşəm.Lakin dinləri qlobal müstəvidə götürəndə bu artıq siyasiləşir.Siyasi məqsədlər üçün istifadə olunur.Kütləni təsir altında saxlamaq üçün yaxşı vasitəyə çevrilir.Və mən belə fikirləşirəm ki dini inanc ,əqidə insanın daxilində olmalıdır. Onun şəxsi işi olmalıdır.Və sonda hörmətli dindarlara müraciətim:bizi sərbəst buraxın,qoyun öz azad həyatımızı quraq.Ola bilsin ki siz düzsüz. Belə olduqda inandığınız cəhənnəmdə görüşərik.Sizə görə biz cəhənnəm əhliyik.Elə sizdə bizimki cəhənnəm əhlisiniz. Çünki nə qədər bacarsanız da dilinizdən düşməyən “ilahi qanunların” 100-dən 1-inə riayət eləyirsiniz. Bir də bir xahişim-bizim kef etmək ,əylənmək üçün bu yolu seçdiyimizi düşünməyin.Biz azadlığı əxlaqsızlıqda,kefdə əyləncədə görmürük.Azad fikirdə,düşüncədə görürük.Yaxşı insan olmaq üçün öz ağlımıza əsaslanırıq.P.S. Hörmətli müsəlmanlar dini komplekslərinizdən bərk-bərk yapışın.Ən azından bizi cəhənnəmdə görməmək üçün.


1
Esmanurum yazıb:

Müslümanım ve özgürüm wink

Noyabr 21, 2007 19:12
2
Raqif yazıb:

YAVAŞ-YAVAŞ DÜŞÜR

Yavaş-yavaş hər şey gözümdən düşür:
Şəhər adamlarla döyüşür,
Ağaclar kəsilir, yollar sürüşür,
Onlar da mənim gəncliyim kimi,
Plana düşür...
Qiymətlər hər gün şişir,
Qadınlar xəyanətlərlə görüşür,
Inanmaq istədiklərim,
Inamımdan bir pillə də düşür...
20 faiz torpaqlarımıza qarşılıq,
20 faiz kreditlə evlər bölüşür;
Vasitəçi həmsədrlərin təklifləri,
Biqeyrət hisslərimizə baxıb gülüşür;
Heç yaddaşıma yazmadığım şeylər
Yadıma düşür...
Hər gün bir yol qəzasi xəbəri
qulağımızı deşir;
Kriminal izlər, bölməyə çatmamiş
Yerini dəyişir;
Polis hər gün bir cinayətin
Izinə düşür...
Burada arzusuna tez çatır oğru:
Bir az vicdan əzabı,
Bir az mənəvi ağrı,
Qarşılığında isə böyük sərvətə qovuşur.
Amma hər il minlərlə tələbə
Böyük ümidlərlə
Ümidsiz həyata yola düşür...
Bax beləcə, göz yaşından başqa,
Yavaş-yavaş hər şey gözümdən düşür...

Raqif RAUFOĞLU- 05.12.2007

Fevral 17, 2008 0:11

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha


 
      © 2007 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com