Reklam verin!
 

AZADLİQ

( azadliq ve hemise azadliq )

       
 

Blog Haqqında

azerbaycanda ateist fikirlere ,azad heyat terzi qurmaq isteyen genclere qarsi hormetsizlik edenlere qarsı yaradılmış blog

Axtarış

Bölmələr

Arxivlər

Keçidlər

Dost bloglar

Sorğu

bugunki gencliyin veziyyeti necedir?


Açar sözlər

Sayqaç

  • İndi blogda: 1
  • Keçən ayın hiti: 321
  • Dünənki hit: 27
  • Bugünki hit: 16
  • Ümumi hit: 4825

AddThis Feed Button
Add to Technorati Favorites

Müxtəlif

 

Gənclik həyatı

Yaşadığımız cəmiyyətin kifayət qədər hissəsini gənclik təşkil edir.Azərbaycan gəncini biz hər yerdə nəqliyyatda , küçədə ,univeritetdə və s.yerlərdə görə bilərik.Onların davranışlarının, özlərini aparmalarının ,mədəniyyətlərinin real şahidi ola bilərik.Mən də gəncəm və gənclərin ətrafındayam.Onların psixologiyasına müəyyən qədər bələdəm.Bu yazı birinci olmaq şərtiylə azərbaycan gəncinin həyatını göstərməyə çalışacam.Sözsüz ki gördüyüm şəkildə.fikirlərimin subyektiv olduğunu nəzərə almağınız xahiş olunur.Ilk olaraq nəqliyyatda gənclərin özünü aparması Yaşadığımız cəmiyyətin kifayət qədər hissəsini gənclik təşkil edir.Azərbaycan gəncini biz hər yerdə nəqliyyatda , küçədə ,univeritetdə və s.yerlərdə görə bilərik.Onların davranışlarının, özlərini aparmalarının ,mədəniyyətlərinin real şahidi ola bilərik.Mən də gəncəm və gənclərin ətrafındayam.Onların psixologiyasına müəyyən qədər bələdəm.Bu yazı birinci olmaq şərtiylə azərbaycan gəncinin həyatını göstərməyə çalışacam.Sözsüz ki gördüyüm şəkildə.fikirlərimin subyektiv olduğunu nəzərə almağınız xahiş olunur.Ilk olaraq nəqliyyatda gənclərin özünü aparması.Gənclərin nəqliyyat həyatıDeməli səhər evdən çıxıram və dayanacağa gəlirəm.Xoşbəxtlikdən evimiz avtobusun son dayanacağına yaxındır deyənə ayaq üstə durmağa “yer olur”.Avtobus tələbələrlə doludur.Hamı bir işnən məşğuldur.Müxtəlif funksiyaları yerinə yetirən (Bir azdan yemək-içmək,yataq,soyuducu funksiyalarını da yerinə yetirəcək.O günü tələbələrimiz səbirsizliklə gözləyir)mobil telefonlarda qulaqcıq vasitəsiylə hamı musiqi dinləyir.Zövq müxtəlifliyini nəzərə alıb mahnı seçiminə toxunmuram.Başa düşmürəm gənclər niyə belə sado-mazaxistləşib axı.Səhər tezdən qulaqlara,beyinə belə işgəncə vermək axı nəyə lazım.Mən hələ basabasdan danışmıram çünki ən maraqlı və gözoxşayan basabas metroda olur.Avtobusdan düşüb metroya daxil oluram.Müxtəlif görünüşlü maraqlı maraqsız tələbə sifətləri.Qatar gəlir və bu an qoyun sürüsüylə bizim aramızda heç bir fərq olmur.Hamı qapıya tərəf qaçır.Bu an məncə hamı özünəhörmətə tüpürür.(Içi mən qarışıq)Bir-birinin ağzına girən kim,bir-birinə minən kim.Hətta deyərdim vaqonda qardaş-bacı münasibəti yaranır.Çünki küçədə əgər bir qıza vaqondakı qədər yaxın olsan səni söyər, hətta üzünə də tüpürər.Amma metroda bu baş vermir.(Mövzudan kənar: məclislərdə maraqlı bir tost demək olar  buna misal olaraq.Kaş millətimiz metroda yaxın olduğu kimi həmişə belə yaxın olsun)Telefon metroda da dəbdədi.Bultuz texnlogiyası yenə fəaliyyət göstərir ,hamı mahnıya qulaq asır. Kitab ,qəzet oxuyanlara da rast gəlmək olar.Amma onlar kütlənin arasında itib-batırlar.Oğlanların şit-şit zarafatları ,qızların nazlı və adamı öldürən baxışlarını görmək adamı lap dəli edir.(Bu haqda başqa yazıda )Azərbaycana ilk dəfə gəlib metroya düşən insanın birinci fikri o olacaq ki Azərbaycan gəncliyi təhsilə meyllidir hamı oxuyur.Amma metrodan çıxanda 100%əmin olacaq ki dünyada belə “mədəni”gənclik heç yerdə yoxdu.Bu Azərbaycan gəncliyinin nəqliyyat həyatı idi.Başqa sahələrdə gəncliyin davranışı ,özünü aparmağı gələn mövzuda.P.S. Bu mənim ətrafımda olan gənclik idi.Bilmirəm mən də onlardan biriyəm bəlkə.P.S.S.Tənqid etmək heç xoşuma gəlmir.Amma mən gördüklərimi yazdım.bəlkə elə hər şey belə də olmalıdı.Onda mən sadəcə sizdən üzr istəyirəm.
Bookmark and Share


1
Mir Islam yazıb:

Salam Suleyman. Deyesen bu senin ilk yazindi. Cox gozel alinib. Fikirlerinle tam raziyam.

Noyabr 9, 2007 13:24
2
EsmaNurum yazıb:

Oğlanların şit-şit zarafatları ,qızların nazlı və adamı öldürən baxışlarını görmək adamı lap dəli edir---ağzına sağlık smile şimdi baküde yaşamıyorum ve bana o günleri hatırlattın.çoğu şeyin değiştiğini sanıyodum ama değişmemiş...

Noyabr 21, 2007 19:01

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha


 
      © Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog